Lənkəranda intihar hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Lənkəran rayonunun Boladi kəndində qeydə alınıb.
Kənd sakini 1957-ci il təvəllüdlü Əbdülhüseyn Məmmədhüseyn oğlu Əsədov yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Ə.Əsədovun xəstəlikdən əziyyət çəkdiyi və ağrılara dözə bilmədiyi üçün intiharı etdiyi deyilir.
www.102info.az