Goranboyda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hazırəhmədli kənd sakininə məxsus bir baş iribuynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Xəyal İsmayılov və Altay Məmmədov vətəndaşın həyətyanı sahəsinə qeyri-qanuni yolla daxil olaraq oradakı tövlədən dəyəri 1000 manat olan iribuynuzlu mal-qaranı oğurlayıblar.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
www.102info.az