Bir cümləyə görə ailəsinə faciə yaşadan ata: Şəmkirdə dəhşətli hadisə – FOTO/VİDEO

Kriminal


Şəmkirin Çinarlı qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

1995-ci il təvəllüdlü Lalə Həsənova həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb və hadisənin baş verdiyi evində keçinib. Onun övladı 2014-cü il təvəllüdlü Qumru Həsənova isə çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Həyat yoldaşına və azyaşlı qızına qıyan isə 1988-ci il təvəllüdlü Elməddin Həsənov olub. O, Lalə ilə 2013-cü ildə ailə qurub. Bu izdivacdan bir il sonra qızları dünyaya gəlib.

2016-cı ildə Elməddin işləmək üçün Rusiyaya getsə də, üç ay sonra geriyə dönür. Gənc ailənin ailədaxili münaqişələri də məhz bundan sonra başlayır. Elməddin Lalənin onun valideynləri ilə soyuq davranmasını əsas gətirərək həyat yoldaşının ona xəyanət etdiyini düşünür. 8 yaşlı qızının da ona – “sən mənim atam deyilsən”, – deməsi şübhələrini daha da artırır.

İstintaq prosesində diqqəti çəkən əsas məqam isə Elməddinin bu cinayəti törədərkən onu idarə edən gözəgörünməz qüvvələrin olması barədə mütəmadi fikir söyləməsidir. Onun dediyinə görə, həyat yoldaşı ilə bağlı şübhələri yarandıqdan sonra onu öldürmək üçün öncədən bıçaq da hazırlayıb.

Elməddin həmin bıçağı yaşadığı mənzildə çarpayının yanında gizlədib. Gecəni həyat yoldaşı və qızı ilə birlikdə yatıb. Səhər saat 8 radələrində yuxudan ayılanda qəfil Lalə haqqında düşündüyü şübhələr gözünün önündə canlanmağa başlayıb və həyat yoldaşını öldürmək qərarına gəlib.

Elməddin bıçaqla hamilə olan həyat yoldaşına yatmış vəziyyətdə zərbələr endirməyə başlayıb. İlk zərbədən sonra Lalə yuxudan oyanıb ona müqavimət göstərsə də, sonra müvazinətini itirərək halsız vəziyyətə düşüb.

Mənzildə səs küyə oyanan 8 yaşlı Qumru anasını qan içində görüb. Atasının qarşısını almaq istəsə də, Elməddin növbəti bıçaq zərbələrini azyaşlı qızına endirməyə başlayıb. Özü isə cinayəti törətdikdən sonra qonşuya gedərək hadisəni onlara danışıb.

Ekspertiza Lalə Həsənovanın bədəninin müxtəlif nahiyələrində 21-dək müxtəlif dərəcəli xəsarətlər, 8 yaşlı Qumruda isə 12 bıçaq yarası müəyyən edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Elməddin Həsənov Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib. Qətlə yetirilən ana ilə qızının hüquqi varisinin hökmdən Apellyasiya şikayəti verməsindən sonra Gəncə Apellyasiya Məhkəməsi bu cinayət işinə daha iki maddə əlavə edərək Elməddin Həsənovu ömürlük azadlıqdan məhrum edib.

Baku TV-nin süjetini təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir