Bakıda mağazadan şokolad oğurlayan şəxs nəzarətçini bıçaqladı

Kriminal


Bakıda mağazadan oğurluq edən şəxs nəzarətçini bıçaqlayıb.

APA xəbər verir ki, naməlum şəxs Nizami rayonu, Özbəkistan küçəsində yerləşən mağazadan 240 manat dəyərində olan beş qutu şokoladı oğurlamaq istəyib.

Bu vaxt onu tutmağa çalışan nəzarətçi Rahil Nəsiblini bıçaqlayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az