Ötən gün mağazadan oğurluq edən zaman onları saxlamaq istəyən nəzarətçini bıçaqlayan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Samir Süleymanov və 1992-ci il təvəllüdlü Təbriz Tahirov müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırmalarla onların narkotik aludəçisi olduqları müəyyən edilib.
Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, ötən gün Nizami rayonu, Özbəkistan küçəsində yerləşən mağazadan 240 manat dəyərində olan beş qutu şokoladı oğurlamaq istəyən şəxslər onları tutmağa çalışan nəzarətçi Rahil Nəsiblini bıçaqlayaraq hadisə yerindən qaçıblar.
www.102info.az