Zaqatalada iki nəfərin ölümünə səbəb olan partlayışla bağlı cinayət işi başlanılıb

Kriminal


Sentyabrın 30-da Zaqatala rayonunun Yengiyan kəndində baş vermiş partlayış nəticəsində bir nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun qeyd edilən tarixdə Məqsəd Rzayev və İlqar Cumayevlə aralarında yaranmış mübahisə zamanı üzərindəki əl qumbarasını atması nəticəsində baş verən parlayışla əlaqədar aldığı xəsarətlərdən ölməsi, Məqsəd Rzayevin isə növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı və partlayıcı maddələri saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq istintaq davam aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir