Ərindən işgəncə görən qadın uşaqları ilə evdən qaçdı – FOTO

Kriminal


Kürdəmirdə qadın əri tərəfindən fiziki zorakılığa məruz qalıb.

Lent.az xəbər verir ki, zərərçəkmiş V.H. həyat yoldaşının onu mütəmadi döyməsi ilə bağlı polisə müraciət edib.

O, müraciətində dəfələrlə döyüldüyünü, şiddətə məruz qaldığını dilə gətirib. Nəticədə qadın həyat yoldaşından gördüyü işgəncələrə tab gətirməyərək hüquqi yola əl atıb. O, azyaşlı övladları ilə birgə evdən qaçıb. Polisə sığınan qadın sığınacağa yerləşdirilməsini istəyib.

Polis dərhal məsələ ilə bağlı araşdırmaya başlayıb və həmin ailə xüsusi nəzarətə götürülüb.

Ana və üç övladı sığınacağa yerləşdiriliblər.

Anaya şiddət göstərən kişi ilə bağlı isə araşdırmalara başlanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir