Xanlar Vəliyev: “Hərbi cinayətlər azalıb”

Kriminal


“2022-ci ilin birinci yarımili ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 20 faiz, qəsdən adam öldürməyə cəhd cinayətləri 66,7 faiz, özünü öldürməyə cəhd hadisələri isə 75 faiz azalıb”.

APA xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ilin birinci yarımilində Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

Xanlar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, şəxsi heyəti peşəkar hərbi qulluqçularla komplektləşdirilib, hərbçilərin nəzəri bilik və peşə, həmçinin mənəvi-psixoloji hazırlıq səviyyəsi artırılıb, qeyd olunanlar nizam-intizamın və qanunçuluğun daha da möhkəmlənməsini şərtləndirib.

Hərbi prokuror Xanlar Vəliyev kollegiya iclasının həsr olunduğu cinayətlərin istintaq və məhkəmə təcrübəsinin ildə iki dəfə ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair aidiyyəti qurumların rəhbərlərinə məlumat məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilməsinin, həmçinin hər ilin əvvəlində tərtib edilmiş birgə tədbirlər planlarına əsasən nizam-intizamın, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə birlikdə görülən digər işlərin cinayətlərin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınmasındakı xüsusi rolunu qeyd edərək, qarşılıqlı səmərəli fəaliyyətə görə adları çəkilən qurumların rəhbərlərinə öz təşəkkürünü bildirib.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki, bütün bunların nəticəsində 2022-ci ilin birinci yarımili ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 20 faiz, qəsdən adam öldürməyə cəhd cinayətləri 66,7 faiz, özünü öldürməyə cəhd hadisələri isə 75 faiz azalıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir