Bakıda fəaliyyət göstərən su emalı və qablaşdırılması müəssisəsində yoxlama keçirilib – FOTO

Kriminal


Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ev 87 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qadaşov Azər Məmməd oğluna məxsus su emalı və qablaşdırılması müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, hazır məhsulların saxlanması üçün anbarın və təmizlik vasitələri üçün ayrıca sahənin təşkil edilmədiyi, sanitar vəziyyətin qənaətbəxş olmadığı, müəssisədə emal olunan “İlk Su”, “Birinci Su”, “Gündəlik Su”, “Pak Su” əmtəə nişanlı 19 litrlik qablaşdırılmış su məhsullarının etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb.

Laborator müayinələrin aparılması məqsədilə qablaşdırılmış su məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, nümunələrin normativ hüquqi aktların tələblərinə uyğun olmadığı müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq müəssisədə su məhsullarının istehsalı dayandırılıb və müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir