Gürcüstanda öldürülən 14 yaşlı azərbaycanlı qızın “həyat yoldaşı” saxlanılıb – VİDEO

Kriminal


Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı “həyat yoldaşı” Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Alim Sadiqov üç günlük axtarışlardan sonra saxlanılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis cinayətdə istifadə edilmiş silahlı dəlil kimi müsadirə edib.

Aytac Şahmarovanın anası bildirib ki, qızı iki ay əvvəl Alim Sadiqov tərəfindən “evlənmək” məqsədilə qaçırılıb. Yerli KİV-in məlumatına görə, azyaşlı bu müddət ərzində bir neçə dəfə qaçmağa da çalışıb, hətta bir dəfə qaçmağa müvəffəq olub. Lakin ailələrin bir araya gəlməsindən sonra Aytac Şahmarova “ər evi”nə qaytarılıb.

Qeyd edək ki, cinayəti törətməsi sübuta yetirilərsə, şübhəlini 20 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, hadisənin oktyabrın 5-də gecə saatlarında, “cütlüyün” qohumlardan birinin toyuna hazırlaşdığı ərəfədə baş verdiyi bildirilir.

Yerli sakinlərin sözlərinə görə, A.Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan üç dəfə atəş açaraq qətlə yetirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir