İdmançı Səbuhi Rəcəb yenidən hakim qarşısında

Kriminal


Azərbaycan Kikboksinq Federasiyasının dələduzluqda ittiham olunan sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 17-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, S.Rəcəb üç nəfərə qarşı 240 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. S.Rəcəb BDU-nun Hüquq fakültəsini bitirib. Konstitusiya Məhkəməsində işləyib. Eyni zamanda, peşəkar idmançı və biznesmen olub. 2015-ci ildə Kikboksinq Federasiyasında vitse-prezident kimi çalışıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir