Oktyabrın 17-si saat 20:30-da Qəbələ şəhər sakini Elnarə Tahirova və onun 17 yaşlı qızı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ana və qızına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Salatın Əhmədiyyəzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az