Səlim Müslümov məhkəmədən çıxarkən görüntüləndi – VİDEO

Kriminal


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Ağır Cinayətlər Məhkəməsindən çıxarkən görüntülənib.

Həmin görüntülər RTV-də yayımlanıb.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur.

Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. Səkkiz milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir