Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı bəraət istəyir

Kriminal


Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirləndirilən keçmiş əməkdaşı Cavid Məmmədovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, C.Məmmədov rüşvət almaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. C.Məmmədov hökmdən narazı qalıb və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, C.Məmmədov bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, C.Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində, eləcə də dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiyaya qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bununla da Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilərək onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir