Abşeron rayonunda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb – FOTO

Kriminal


Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Digah qəsəbə sakini 1992-ci il təvəllüdlü Qasımbala Balayev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun üzərinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və bir ədəd patron darağı aşkar edilərək götürülüb. Q.Balayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı polis bölməsində toplanan material Abşeron Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir