Tovuzda bıçaqlanma hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evində baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Malik Mirzəyev qısqanclıq zəminində əlində olan mətbəx bıçağı ilə arvadı – 2000-ci il təvəllüdlü Tükəzban Mirzəyevanı vuraraq ona qarın boşluğuna işləyən bıçaq yarası və sağ bazunun kəsilmiş bıçaq yarası xəsarətlərini yetirib.
Faktla bağlı Tovuz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
www.102info.az