Bələdiyyə sədrinin azyaşlı oğlunu güllələyən məmur qardaşı həbsdə öldü

Kriminal


Bakıda məhkum ölüb. 

Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin paytaxtda yerləşən cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 

Orada saxlanılan Əliyev Hənifə Barat oğlu dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, H.Əliyev 2011-ci ildə bələdiyyə sədrinin yeniyetmə oğlunu öldürüb.

Hadisə 12 il əvvəl İmişli rayonunun Qulubəyli kəndində qeydə alınıb.

Kənd icra nümayəndəsinin qardaşı Əliyev Hənifə Barat oğlu kənd bələdiyyəsininin sədrinin 16 yaşlı oğlu Nağıyev Mirnahid Qalib oğlunu kustar üsulla hazırlanmış odlu silahla güllələyib. N.Nağıyev başından aldığı güllə yarasından dünyasını dəyişib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir