Bakıda kişi bacısına görə nazirlik əməkdaşını bıçaqladı – CƏZA

Kriminal


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Orxan Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, 23 mart 2023-cü il tarixdə Xətai rayonu ərazisində yerləşən 59 saylı tam orta məktəbin qarşısında qeydə alınıb.

Belə ki, Orxan Məmmədov bacısının əri, uşaqlıq dostu, zərərçəkmiş Samir Kərimovu (şərti) məktəbin qarşısında bıçaqlayıb. Buna səbəb isə zərərçəkmişin bacısına təzyiq və kobud davranış etməsi olub. Hadisədən əvvəl Orxanın bacısı küsüb atası evinə gəlib. Təqsirləndirilən şəxs də Samiri 59 saylı tam orta məktəbin qarşısına dəvət edib. Nəticədə o, yeznəsinə bir bıçaq zərbəsi endirib.

Hadisədən sonra Orxan Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 

Məhkəmədə Orxan Məmmədov ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib, əməlindən peşman olduğunu deyib. Samir Kərimov isə məhkəmədə dindirilərkən qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyində mühafizəçi işləyir, hadisədən əvvəl həyat yoldaşını döyməyib, sadəcə hər ailədə olduğu kimi aralarında mübahisə olub. O, təqsirləndirilən şəxsi bağışladığını, onunla barışdığını, heç bir şikayəti və tələbinin olmadığını söyləyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir