“Qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər cinayət hadisələri ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb”.
“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini Elmar Camalov Bakıda keçirilən “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, I Qarabağ müharibəsi zamanında da azərbaycanlıların didərgin salınması, əsir və girovlara işgəncələr verilməsi və digər hadisələrlə əlaqədar cinayət işlərinin istintaqı aparılmaqdadır.
www.102info.az