“Azərişıq” ASC-yə sahə rəisi təyin etdirmək adı ilə 3500 manatlıq dələduzluq etdi – HÖKM

Kriminal


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Səməd Əsədlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İttihama görə, Səməd Əsədli özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş Qasım Qasımzadənin (şərti) etibarından sui-istifadə edib. Belə ki, o, zərərçəkmişi “Azərişıq” ASC-nin Şabran rayon şöbəsində sahə rəisi vəzifəsinə işə düzəltmək adı ilə ona yalandan vəd verib. Səməd 2020-ci il tarixdə saat 12 radələrində Şabran rayonunda fəaliyyət göstərən “Kolxoz” bazarının qarşısında Qasımın 3500 manat məbləğində pulunu alaraq dələduzluq edib. Bundan başqa, o, Səmən Əkbərzadəni (şərti) Şabran Rayon Mərkəzi Xəstəxanasında xadimə vəzifəsinə işə düzəltmək adı ilə yalandan vəd verərək, 2020-ci il tarixdə, saat 11 radələrində Siyəzən şəhər Avtovağzalının yaxınlığında onun 1000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan sonra, Səməd Əsədli özgənin əmlakını ələ keçirmək məqsədilə 16 yanvar 2022-ci il və 3 fevral 2022-ci il tarixlərdə Fəxri Məmmədov (şərti) və onun ailə üzvləri barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. O, bu yolla həmin şəxsdən 200 manat məbləğində pul alıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir