Sumqayıtda yeniyetmə bıçaqlanıb: 85 yaşlı kişi şübhəli bilinir

Kriminal


Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Əli Oruc oğlu Qurbanzadə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

1938-ci il təvəllüdlü Şahhüseyn Ramazan oğlu Qənbərov yeniyetməyə xəsarət yetirməkdə şübhəli bilinir. İlkin məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az