Şəmkirdə qanunsuz saxlanılan ov silahları polisə təhvil verilib – FOTO

Kriminal


Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Keçirilən müvafiq tədbirləri nəticəsində həftə ərzində 17 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibr ov silahlarını polisə könüllü təhvil verib.

Bununla da şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində cari ilin müvafiq dövrü ərzində ümumilikdə aşkarlanan silahların sayı 105-ə çatıb.

Qeyd edək ki, aşkarlanan silahlardan 7-si yivli silahlar sinfinə aiddir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir