Vətəndaşa məxsus bank kartından 3 770 manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Vüqar Nəsibov və oğlu, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Sirac Nəsibov müəyyən olunaraq saxlanılıblar.
www.102info.az