Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın daşınması və saxlanılması qaydalarının pozulması, eləcə də qanunsuz ov hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlər zamanı rayon sakinləri – Feyruz Vəliyev, Rudik Qukasov və Tofiq Nəsrullayevdən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Keçirilən digər tədbirlər nəticəsində isə rayon ərazisində qanunsuz ov edən bir, mülki ov silahının daşınması qaydalarını pozan 11 nəfər müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
www.102info.az