“Seksi Faişeler”, “GECE KLUBU”, “TikTok Faişeleri” adlı kanallar yaratdı, cəzasını aldı – MƏHKƏMƏ İŞİ

Kriminal


Azərbaycanın Sabirabad rayonu, Zalqarağac kəndində yaşayan şəxs “Telegram” sosial şəbəkəsində “Seksi Faişeler”, “GECE KLUBU”, “TikTok Faişeleri” adlı kanallar yaradaraq pornoqrafik materiallar paylaşıb.

Oxu.Az-ın məlumatına əsasən, şəxs (məhkəmə sənədlərində adı açıqlanmır) qeyd edilən pornoqrafik xarakterli videogörüntüləri, şəkilləri gəlir əldə etmək üçün yayma və reklam məqsədilə qanunsuz hazırlayıb.

O, 2023-cü ilin fevral ayından aprel ayınadək olan müddət ərzində qeyd edilən kanallarda həmin pornoqrafik xarakterli videogörüntü və şəkilləri geniş izləyici kütləsinə nümayiş etdirib.

Habelə pornoqrafik xarakterli video materiallar və şəkillərlə müxtəlif məbləğlərlə pul müqabilində qanunsuz ticarət edərək bu yolla əldə etdiyi pul vəsaitlərini bank kartına mədaxil edib.

Baxış zamanı müəyyən olunub ki, adıçəkilən kanallarda paylaşılan hər bir pornoqrafik xarakterli videoların başlığında izləyicilərin diqqətini cəlb edən və cinsi ehtirası sağlam olmayan şəkildə oyadan müxtəlif məzmunda reklam xarakterli elanlar yazılıb.

Bundan başqa, müəyyən olunub ki, təqsirləndirilən şəxs tərəfindən idarə edilən pornoqrafik xarakterli videoların reklam edildiyi kanallarda həmin məzmunlu videolar insanlanlara müəyyən ödəniş qarşılığında, 10 manata təklif edilib. Beləliklə, təqsirləndirilən şəxs ümumilikdə törətdiyi əməllərdən 400 manat məbləğində qeyri-qanuni gəlir əldə edib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, faktiki olaraq Sabirabad şəhərində Zalqarağac kəndində ailəsi ilə birlikdə yaşayır.

“2023-cü ilin fevral ayının ortalarında kənddə tanışlarım ilə söhbət edərkən onların mənə deməsindən məlum oldu ki, “Telegram”dan istifadə etməklə pul qazanmaq olur. Mən də  “Telegram”dan pulu necə qazanmağın mümkün olmasını araşdırdım. Qərara gəldim ki, “Telegram” sosial şəbəkəsində kanal alım və orada pornoqrafik xarakterli materiallar paylaşım və həmin səhifələrin reklamlarından qazanc əldə edim”,-deyə o, ifadəsində göstərib.

Bununla belə, o, pornoqrafik xarakterli videoların paylaşılmasının qanunsuz olduğunu və cinayət sayıldığını bilməyib.

“Bilsəydim, bu işlə məşğul olmazdım. Törətdiyim əmələ görə peşmanam”, – deyə ifadəsində göstərib.

Məhkəmə istintaqı zamanı iş materiallarında olan tələbnamədən görünüb ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.

İş materiallarında olan Sabirabad RİH-in Çöl Beşdəli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur.

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib.

O, iki il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Aqil Vəlili

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir