Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
1981-ci ildə Şuşa şəhərində doğulan, Bakıdakı Şuşa şəhərciyində məskunlaşan Ramil Qəşəm oğlu Qasımov yas mərasimində iştirak etmək üçün getdiyi qohumuna məxsus evin həyətindəki ağacdan özünü asıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az