Yasamal rayonu ərazisindəki evlərin birindən 1300 manat pul və 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ayxan Qurbanov müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin və metadon həbləri aşkar olunaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə rayon ərazisində başqa bir mənzildən pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Əliağa Əliyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
www.102info.az