Ədliyyə Nazirliyin sabiq əməkdaşı ilə bağlı QƏRAR

Kriminal


Gəncə Apellyasiya Məhkəməsində Şəmkirdə dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən Razim Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləmiş Razim Əliyevin qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş material və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İbtidai istintaqla Razim Əliyevin 2019-2020-ci illər ərzində həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını mənimsəməsinə, ümumilikdə yeddi nəfər şəxsin cəmi 40 min 600 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Razim Əliyevə Cinayət Məcəlləsinin 178.2 (dələduzluq- öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir