Bakıda maşinisti və müəllimi öldürən sürücünün yenidən məhkəməsi başladı

Kriminal


Bakı Apellyasiya Məhkəməsində yol qəzasında iki nəfərin ölümündə təqsirləndirilən Xalid Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 30-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Quliyev 5 il 8 ay 11 gün azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu il avqustun 24-də paytaxtın Suraxanı rayonunda – Zığ şosesində baş verib. Belə ki, Xalid Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. Nəticədə Müşfiq Mustafayev və onun həyat yoldaşı Anargül Mustafayeva ölüblər.

Daha sonra Xalid Quliyev saxlanılıb.

Xatırladaq ki, qəza nəticəsində vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub. O, xeyli vaxt imiş ki, metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Anargül Mustafayeva isə 267 saylı orta məktəbdə müəllimə işləyirmiş.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir