Bakıda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonu ərazisində mənzillərin birindən 5000 manat, 2700 ABŞ dolları pul və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Həsən Əfəndizadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az