Şabranın Dəvəçi kəndində 38 yaşlı qadın bıçaqlanıb.
“Report”un Şimal bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Aytən Qiyasəddin qızı Kərimova kürək və ayaq nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.
Yaralı təcilli tibbi yardım briqadasının köməkliyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, hadisə A.Kərimovanın keçmiş həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az