Polis qanunsuz ov edən şəxsi saxlayıb

Kriminal


Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini S.Balakişiyevin qanunsuz ov etdiyi müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, həmin şəxsdən ov zamanı istifadə olunan tüfəng və ovladığı vəhşi quşlar aşkarlanıb.

Bundan başqa keçirilən profilaktiki tədbirlərlə daha iki ov silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir