Qadınları cinsi istismara məruz qoyaraq insan alverində təqsirləndirilən Aydan Ağayevanın (şərti ad və soyad) məhkəmə istintaqı yekunlaşıb.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayət Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Valeh Ələkbərov çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib və A.Ağayeva son söz deyib.
Hökmə əsasən, A.Ağayeva 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü A.Ağayeva ötən ilin yanvarında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb. Belə ki, o, 2019-cu ildə iki qadını işə düzəltmək adıyla apreldən oktyabr ayınadək Türkiyəyə apararaq müxtəlif vaxtlarda cinsi istismar məruz qoyub. Onların zəifliyindən istifadə edərək bu əməllərini davam etdirmək üçün onların ümumvətəndaş pasportlarını əllərindən alıb.
Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) ittiham irəli sürülüb.
www.102info.az