Ağsuda bıçaqlanma olub

Kriminal


Ağsuda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qaşəd kəndində qeydə alınıb.

Hadisə nəticəsində kənd sakini 2002-ci il təvəllüdlü Allahverdiyev Qadir həmkəndlisi 2002-ci il təvəllüdlü Mehdiyev Ümidə bıçaqla xəsarət yetirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən Q.Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırma aparılır.

www.102info.az