Bakıda avtotəmir sexində narkotik qəbul edənlər həbs ediliblər.
Lent.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində avtotəmir sexlərinin birində bir neçə nəfərin qrup şəklində narkotik qəbul etməsi faktı aşkarlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə həmin sexin ustası, habelə daha üç nəfər saxlanılıb.
Saxlanılanlar arasında yetkinlik yaşına çatmayan qız da var. Həmin qızın kimsəsiz uşaqlar evində böyüdüyü bildirilir.
Məhkəmənin qərarı ilə onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə) maddəsilə bir neçə sutkalıq həbs ediliblər.
www.102info.az