Türkiyənin Mardin vilayətinin Kızıltepe rayonunda evə girən oğru çöldən gələn ev sahibinin üzünə qapını bağlayıb.
Oğru ev sahibi gəldiyi zaman təlaşa düşüb və nə edəcəyini bilməyib. Nəticədə özünü itirərək qapını onun üzünə kilidləyib.
Ev sahibinin şikayəti ilə hadisə yerinə polis qrupları sövq edilib.
Qapı önündə gözləyən camaat oğrunu döyməyə cəhd etsə də, oğru polis qrupları tərəfindən çətinliklə xilas edilib və nəzarətə götürülüb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: İHA
www.102info.az