DİN tədbirləri davam etdirir: Silah-sursat aşkarlandı – FOTO

Kriminal


Lerik Rayon Polis Şöbəsinə rayonun Lüləkəran kəndi ərazisində dağın yamacından silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən bir ədəd “AKS” markalı, bir ədəd isə “AKM” markalı olmaqla ümumilikdə iki ədəd avtomat və beş ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində bir nəfər rayon sakinindən lüləsi kəsilmiş ov tüfəngi, beş nəfər rayon sakinindən isə müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Bərdə rayonunda 10 ədəd odlu silah polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Növbəti tədbir zamanı polis əməkdaşları tərəfindən daha 10 odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Masallı Rayon Polis Şöbəsinə Viləş çayının kənarından  silah tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən bir ədəd “AKS-74U” markalı avtomat aşkarlanaraq götürülüb.

Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 9 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki-əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhər sakini polis şöbəsinə gələrək bir müddət əvvəl Goranboy rayonu ərazisindən tapdığı bir ədəd “Kalaşnikov” markalı avtomatı və 1524 ədəd 7,62 mm-lik patronu könüllü təhvil verib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir