Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə bəraət verildi

Kriminal


Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mahir Səmədovun (ad-soyad şərti – red.) barəsindəki hökmdən prokurorluğun verdiyi kassasiya protestinə baxılıb.

Bu barədə təqsirləndirilən şəxsin vəkili İbrahim Hüseynov Oxu.Az-a məlumat verib.

Onun sözlərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, prokurorun protesti təmin edilməyib, bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən M.Səmədov barəsində bəraət hökmü çıxarıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti verib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir