Nazirlikdən ƏMƏLİYYAT: Silah-sursatlar aşkarlandı – FOTO/VİDEO

Kriminal


Laçın Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı dörd avtomat, beş tapança, bir karabin və digər sursatllar aşkar olunaraq götürülüb. 

Verilən məlumata görə, Füzuli rayon sakini tapdığı “AK-74” markalı avtomatı Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinddən (DİN) verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı daha dörd nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ekoloji mühitin mühafizəsi tədbirlərinin gücləndirilməsi ilə bağlı rayon ərazisində keçirdikləri tədbirlər zamanı meşə fonduna daxil olmayan ağacın zədələnməsi faktı aşkarlanıb.

Aşkarlanan halla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.

Həmçinin, Lənkəran, Masallı və Ağdaş sakinlərindən də qanunsuz ov silahı götürülüb.

Belə ki, Lənkəran sakinlərindən “Kalaşnikov” avtomatı və 10 ədəd ov silahı, Masallı sakinlərindən isə, altı ədəd qanunsuz ov silahı götürülüb.

Polis əməkdaşları tərəfindən rayon sakinlərindən bir ədəd “AKM” markalı avtomat, həmin silaha aid bir ədəd patron darağı, 17 ədəd patron və 10 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Ağdaş rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngi polis şöbəsinin əməkdaşları tərəfindən təhvil götürülüb.

Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə bu istiqamətdə zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir