Xəstə uşağın valideynini aldadan saxta polkovnikə hökm oxundu

Kriminal


Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Dəmir Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və D.Quliyev cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv olunub.

İttihama görə, Dəmir Quliyev zərərçəkmiş M.M.-in (şərti) sosial şəbəkədə azyaşlı övladının ağır xəstəlikdən əziyyət çəkdiyini və bu məqsədlə övladına yardım edilməsi məqsədi ilə aidiyyəti qurumlara və ölkə rəhbərliyinə çoxsaylı müraciətlər etməsi barədə məlumatlar yaydığını görüb. O, 2022-ci ildə zərərçəkmiş şəxsin mobil nömrəsinə zəng edib, yalandan özünü Azərbaycan Prezidenti Administrasiyasında aparat rəhbəri, polkovnik Vəliyev kimi təqdim edib, çoxsaylı müraciətlərinin ölkə rəhbərliyi tərəfindən nəzarətə götürüldüyünü və övladına bununla bağlı ilkin olaraq 2 800 manat yardım ediləcəyi və kirayə qaldığı üçün xüsusi mənzillə təmin olunacağı barədə yalan vədlər verərək onu inandırıb. Dəmir bu niyyətlə M.M.-in mobil nömrəsi ilə “MilliÖn” onlayn ödəmə aparatı vasitəsi ilə “portmanat.az” saytında qeydiyyatdan keçməsini təmin edib, sonra sənədlərin düzəldilməsi adı ilə zərərçəkmiş şəxsdən ödəmə terminalı vasitəsi ümumilikdə 1 545 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir