Qəza törədən qazi yenidən hakim qarşısında

Kriminal


Şəmkirdə yol qəzasında üç nəfərin ölümündə təqsirləndirilən Elməddin Zeynalovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək iclas dekabrın 6-na təyin edilib. Kassasiya şikayəti hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 16 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Gədəbəy-Şəmkir avtomobil yolunun Şəmkirin Qasımallar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Elməddin Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq, Sənan Allahverdiyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Bu zaman VAZ-2106 markalı maşın Bayram Gözəlovun idarə etdiyi VAZ-2107 markalı avtomobilə çırpılıb. Nəticədə VAZ-2107-nin sürücüsü Bayram Gözəlov, onun sərnişinləri – həyat yoldaşı Gəncalə Əliyeva və qadının qardaşı qızı Aliyə Əliyeva hadisə yerində dünyalarını dəyişiblər.

Bayram Gözəlovun övladları – Yasin və Hüseyn Gözəlovlar və digər sərnişin, onun qayınanası Hicran Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Eyni zamanda, “Mercedes”in sürücüsü Elməddin Zeynalov və VAZ-2106-nın sürücüsü Sənan Allahverdiyev də xəsarət alıblar.
Daha sonra Elməddin Zeynalov məsuliyyətə cəlb edilib. Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Elməddin Zeynalov məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, II Qarabağ müharibəsində iştirak edib və qaziliyi təsdiq olunub. Təqsirləndirilən şəxs müharibədə iştirak edən zaman baş nahiyəsindən travma aldığını, yaddaşında, gözündə problemlər, həmçinin belində yırtıq yarandığını söyləyib. Bildirib ki, onun hər iki gözündə görmə zəifliyi, həmçinin qulağında ağır eşitmə olub və müharibə vaxtı həmin xəsarətləri alıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir