Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman bir nəfər şəxsin rayon sakini olan qadının pulqabını soyğunçuluq yolu ilə taladığını görüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib.
Araşdırmalar zamanı şəxsin əvvəllər məhkum olunmuş, Bəhruz Verdiyev olması məlum olub və şübhəli şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir
www.102info.az