Zaqatala xəstəxanasında qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Kriminal


“Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.06.2021-ci il tarixdən 01.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən publik hüquqi şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir