Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, altı odlu silah isə könüllü təhvil verilib – FOTO

Kriminal


Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, altı odlu silah isə könüllü şəkildə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisindən bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 246 ədəd avtomat və pulemyot patronu, iki ədəd ətrafı işıqlandırmaq üçün nəzərdə tutulan fişəng, eləcə də avtomata məxsus sandıqça aşkar edilərək götürülüb.

Son bir gün ərzində keçirilən profilaktiki tədbirlər nəticəsində isə, rayon sakinləri müvafiq icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı altı ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Polis tərəfindən son iki ay ərzində bu istiqamətdə keçirilən profilaktiki tədbirlər nəticəsində isə vətəndaşlardan ümumilikdə 18 odlu silah təhvil götürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir