Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı bank kartlarından oğurluq edən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Babək Cəfərzadə və 1978-ci il təvəllüdlü Kamal Kərimli saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı onların bankomatların yanında dayanaraq pul çıxaran vətəndaşlara “yardım” etmək adı ilə yaxınlaşdıqları, daha sonra onların hesablarında olan vəsaitləri ələ keçirdikləri məlum olub.
Qeyd edək ki, B.Cəfərzadə və K.Kərimli saxlanılan zaman onların üzərindən narkotik vasitə – heroin də aşkar olunaraq götürülüb. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
www.102info.az