Naxçıvanda 621 min manatlıq kibercinayət edənlər saxlanılıblar – FOTO

Kriminal


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin apardığı araşdırmalar nəticəsində kibercinayətlə məşğul olan şəxslər saxlanılıblar.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, onlar müxtəlif yollarla vətəndaşları aldadaraq külli miqdarda vəsaiti mənimsəyiblər.

Belə ki, Babək rayon sakinləri Mircoşqun Məhərrəm oğlu Seyidov və Hikmət Məhərrəm oğlu Edilxanov 10-na yaxın universitet tələbəsini aldadaraq onların hər birinin adına bir mobil nömrə və beş bank kartı rəsmiləşdiriblər. Sonra həmin kartlar Bakı şəhərinə göndərilib və həmin kartlar vasitəsilə internet şəbəkələrində kibercinayətlər törədilib. Həmin kartlarda dövriyyə 621 min manat olub.

Eyni zamanda, Nazirliyin Cinayət-axtarışı İdarəsinin kibercinayətlər üzrə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində Naxçıvan şəhər sakini İlqar İslam oğlu Səfərov saxlanılıb. O, sosial şəbəkədə hesab açaraq xəstə uşağına pul yığmaq adı ilə insanları aldadaraq 22 min manatı mənimsəyib.

Faktla bağlı araşdırmalar davam edir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir