Sumqayıtda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbərinə görə, Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində BMW və “Toyota” markalı avtomobillər toqquşublar.
Hadisə nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirirlir-red) ölüb, daha iki nəfər – 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğlu xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az