Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar təhvil götürülüb

Kriminal


Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 11 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı üç ədəd avtomat, bir ədəd tapança, 59 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir