Bakıda bıçaqlanma olub, 22 yaşlı oğlan saxlanılıb

Kriminal


Bakıda bıçaqlanma olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 17-də saat 15 radələrində Binəqədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 2001-ci il təvəllüdlü M.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir