Bakıda iki dost bıçaqlanıb

Kriminal


Bakının Nəsimi rayonunda iki dost bıçaqlanıb.

“Report”un məlumatına görə, Nizami kinoteatrının qarşısında dava zamanı 2003-cü il təvəllüdlü Kənan Raci oğlu Qasımov və 2006-cı il təvəllüdlü Səid Eldar oğlu Orucov bıçaqlanıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı K. Qasımova sol bud, S.Orucova isə sağ sarğı nahiyəsindən kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az